​Azərbaycan-Türkiyə birgə Universitetinin açılacağı tarix bəlli olub

​Azərbaycan-Türkiyə birgə Universitetinin açılacağı tarix
17:30 03.10.2022
153 Toplum
A- A+

Azərbaycan-Türkiyə birgə Universitetinin nə vaxt açılacağı bəlli olub.

Bu barədə Türkiyənin Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Cahit Bağçı APA-ya açıqlamasında bildirib.

O bildirib ki, bu istiqamətdə hökumətlərarası müzakirələr davam etdirilir.

"2023-cü ildə Türkiyənin müstəqilliyinin 100-cü ildönümündə universitetin açılması nəzərdə tutulur" - deyə səfir qeyd edib.