​Araz Əlizadə vəfat edib

​Araz Əlizadə
11:54 06.10.2022
169 Toplum
A- A+

Azərbaycan Sosial Demokrat Partiyasının sədri, sabiq deputat Araz Əlizadə bu gün gecə saatlarında vəfat edib.

Bu barədə APA-ya mərhumun oğlu xəbər verib.

O bildirib ki, onkoloji xəstəlikdən əziyyyət çəkən atası bu gün günorta saatlarında Yasamal qəbiristanlığında dəfn ediləcək.

Araz Məmməd Mübariz oğlu Əlizadə 1951-ci il noyabrın 3-də Bakı şəhərində alim ailəsində doğulub. 1974-cü ildə Azərbaycan Dövlət Universitetinin Şərqşünaslıq fakültəsini bitirib. 1975–1976-cı illərdə Əfqanıstanda tərcüməçi işləyib.

1985-ci ildə siyasi baxışlarına görə mühakimə olunub.

1988-ci il mayın 16-da və 18-də Qarabağın müdafiəsi üçün Bakı şəhərində keçirilən ilk kütləvi mitinqlərin təşkilatçısı olub, 1989-cu ildən Azərbaycan Sosial Demokrat Partiyasının sədri, 1995-ci ildən 2012-ci ilə qədər ASDP-nin həmsədri, 2012-ci il iyunun 30-da keçirilən partiyanın XII qurultayında ASDP-də həmsədr institutu ləğv ediləndən və sədr institutu bərpa ediləndən sonra – sədri olub.

1991–1995-ci illərdə Azərbaycan Ali Sovetinin deputatı, 1991-ci ildə Azərbaycan Respublikasının "Respublika Müdafiə Şurası"nın üzvü olub. V Çağırış Milli Məclisin deputatı olub.