​Azərbaycanda büdcə prosesi tam elektronlaşdırıla bilər

​Azərbaycanda büdcə prosesi tam
12:00 16.11.2022
A- A+

Azərbaycanda dövlət büdcəsi ilə bağlı prosesin tam elektronlaşdırılması təklif edilir.

Bu təkliflə Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Tahir Mirkişili parlamentin bu gün keçirilən plenar iclasında çıxış edib.

O, büdcənin strukturunda nəzarətin, təhlilin asanlaşdırılması üçün ilk öncə Vahid Büdcə Təsnifatının təkmilləşdirilməsini, büdcə planlaşdırmasının struktural olaraq tam elektronlaşdırılmasının vacibliyini bir daha qeyd edib:

"Bu, həm də nəticə əsaslı büdcəyə keçid, qoyulan hədəflərin yerinə yetirlməsinə nəzarət baxımından da vacib və əvəzedilməz alətdir. Müşahidələrimiz göstərir ki, insan faktorunun bu prossesdə həlledici olması bir çox texniki qeyri-iradi səhvlərin yaranmasına səbəb olur. Fikrimizcə, bu səhvlərin aradan qaldırılması iqtisadi siyasətin səmərliliyinə birbaşa müsbət təsir edəcək".