​Azərbaycanda İsrailin dəstəyi ilə kibertəhlükəsizlik mərkəzi açılacaq - Nazir

​Azərbaycanda İsrailin dəstəyi ilə kibertəhlükəsizlik mərkəzi açılacaq -
13:30 17.11.2022
A- A+

Azərbaycanda İsrailin dəstəyi ilə kibertəhlükəsizlik mərkəzi açılacaq.

Bunu bu gün rəqəmsal inkişaf və nəqliyyat nazirliyi Rəşad Nəbiyev İnvestisiyalar və gənc sahibkarlıq forumunda deyib.

Onun sözlərinə görə, mərkəz yaxın zamanlarda fəaliyyətə başlayacaq.

"Kibertəhlükəsizlik mərkəzi İsrail universiteti ilə saziş əsasında yaradılır. İnformasiya texnologiyaları sahəsində reallaşdırdığımız vacib layihələrdən biri kibertəhlükəsizliklə bağlıdır. Bu layihə çərçivəsində həm ümumilikdə ölkənin, həm də kiçik və orta sahibkarlığın özəl subyektlərinin kibertəhlükəsizliyindən söhbət gedir", - nazir deyib.