​Depardyedən Rusiyadakı biznesi ilə bağlı gözlənilməz qərar

​Depardyedən Rusiyadakı biznesi ilə bağlı
21:30 17.11.2022
143 Maqazin
A- A+

Fransalı aktyor Jerar Depardye Rusiyadakı prodüser şirkətini bağlamaq qərarı alıb.

Bu barədə aktyorun mətbuat katibi Arno Frilli “Moskva danışır” radiosuna müsahibəsində deyib. Onun sözlərinə görə, Depardye pula qənaət etmək üçün şirkəti bağlamaq qərarı alıb:

“Onunla birgə prodüser şirkətini yaratdım və ilk “Rasputin” filmini çəkdik. Bu şirkətin özəlliyi Fransa ilə birgə filmlərin istehsalı idi. Bir neçə layihəm də hazır idi. Müharibə başlayan kimi fransız tərəfdaşlar dərhal geri çəkildilər. Ona görə də bütün layihələr dayandırıldı”.

Aktyorun sözçüsü şirkət fəaliyyət göstərməsə də, yenə xərclərin olduğunu və bu səbəbdən belə bir addım atmaq qərarı aldıqlarını vurğulayıb.

Qeyd edək ki, Depardye Fransanın keçmiş prezidenti Fransua Ollandın ölkənin ən varlı vətəndaşlarından 75 faiz vergi tətbiq etmək niyyətinə etiraz olaraq Rusiya vətəndaşlığı istəyib. O, 2013-cü ildə Rusiya prezidenti Vladimir Putinlə qısa görüş zamanı pasportunu alıb.