​"Doğum və ölümü elektron yolla qeydə almaq mümkün olacaq"- Xidmət rəisi

​
11:58 21.11.2022
A- A+

"Mobil Əhali" tətbiqi vasitəsilə ölkə əhalisi və xaricdə yaşayan vətəndaşlar növbə gözləmədən doğum və ölümü elektron qeydə ala biləcəklər.

Bunu Ədliyyə Nazirliyinin Vətəndaşlıq vəziyyəti aktlarının reyestri xidmətinin rəisi Reyhanə Kərimova deyib.

O bildirib ki, bu, “QR kod” vasitəsilə həyata keçiriləcək: "Vətəndaşlar övladlarına istədiyi adı da elektron qaydada qoya biləcəklər. Ailə tərkibi, subaylıqla bağlı arayışların elektron qaydada verilməsi də bu proqramda nəzərdə tutulub. Bu, "Mobil notariat" alt tətbiqidir. "Mobil notariat"ın artıq 400 mindən çox istifadəçisi var".

Mənbə: APA