​Amerikalı tədqiqatçılar Ağalı kəndinə səfər ediblər

​Amerikalı tədqiqatçılar Ağalı kəndinə
13:30 21.11.2022
A- A+

“Naval postgraduate school”un (ABŞ) professoru Brenda Şaffer və Hudson İnstitutunun böyük elmi işçisi Maykl Doran Azərbaycanın Zəngilan rayonunun Ağalı kəndinə səfər ediblər.

Bu səfərin məqsədi kənddə yaradılan şəraitlə tanış olmaqdır.

Səfər çərçivəsində qonaqlar “Azərpoçt” MMC-nin filiallarında və ASAN xidmətdə olublar. Şaffer və Doran birinci sinifdə açıq dərsdə iştirak etdikləri Ağalı kənd tam orta məktəbin fəaliyyəti ilə də maraqlanıblar. Onlar məktəblilərə “Xarıbülbül nağılı” kitabını hədiyyə ediblər.

Xatırladaq ki, Azərbaycanın Vətən müharibəsində qələbəsindən sonra Ağalı kəndi Zəngilanın keçmiş sakinlərinin, yaxın vaxtlara qədər məcburi köçkün hesab edilənlərin qayıtdığı ilk yaşayış məntəqəsidir.