​Balinanın mədəsindən çıxarılanlar ŞOK etdi: 330 kiloqram tullantı-FOTO

​Balinanın mədəsindən çıxarılanlar ŞOK etdi:
10:08 25.11.2022
A- A+

Kanadada sulara qərq olmuş balinanın mədəsində 330 kiloqramdan çox tullantı tapılıb.

Belə ki, 45 metrlik balina mədəsindəki tullantılara görə uzun müddət ac qalıb.

Balinanın müayinəsi nəticəsində onun mədəsindən 330 kiloqramdan çox tullantı tapılıb.

Müdaxilə olunmasına baxmayaraq, sahilə çıxan balinanı xilas etmək mümkün olmayıb.

Dəniz Heyvanlarına Müdaxilə Dərnəyi (MARS) suları çirkləndirən insan zibilinin probleminin ciddiliyini göstərmək üçün balinanın ölümünü paylaşıb. MARS-dan verilən məlumata görə, onun mədəsindəki tullantılar arasında 115 plastik fincan, 4 plastik butulka, 25 plastik torba və 1000-dən çox başqa plastik əşyalar olub.

Son araşdırmaya görə, balinalar hər gün 10 milyona qədər mikroplastik yeyir.

Mənbə: Tgrt haber