​Koronavirusdan sonra yeni bir virus: Hər 3 insandan 1-i ölür

​Koronavirusdan sonra yeni bir virus:
10:28 25.11.2022
113 Maraqlı
A- A+

Alimlər Tanzaniya və Konqo Demokratik Respublikasında yaşayan yarasa növündə Kiwira virusunun tapıldığını açıqlayıblar.

Alimlər hesab edirlər ki, hantavirus ailəsindən olan bu növ virus ölümcüldür.

Kiwira virusunun insanlara necə təsir etdiyi ilə bağlı araşdırmaların hələ də davam etdiyi və yeni araşdırmaların aparılacağı bildirilib.

Ümumiyyətlə, gəmiricilərdə rast gəlinən hantavirus təmas yolu ilə xəstə heyvanlardan insanlara keçə bilər. Bu virusa yoluxduqda ölüm nisbəti üçdə bir olur. Bu virusa yoluxmuş insanlarda qripə bənzər simptomlar, həmçinin qanaxma və böyrək çatışmazlığı müşahidə oluna bilər.

Məlumata əsasən, bu yarasa növü insanların yaşadığı ərazilərin yaxınlığında yayılıb. Ona görə də Kiwira virusu insanlar arasında asanlıqla yayıla bilər.

Mənbə: Hürriyet