​"Şuşa və Füzulidə məktəb tikintisi növbəti tədris ilinin əvvəlinə kimi bitəcək" - Nazir

​
15:50 25.11.2022
119 Qarabağ
A- A+

"Şuşa və Füzulidə məktəb tikintisi növbəti tədris ilinin əvvəlinə kimi bitəcək".

Bunu elm və təhsil naziri Emin Əmrullayev media üçün keçirilən brifinqdə deyib.

O bildirib ki, işğaldan azad olunan digər ərazilərdə də tikintilərə başlanılıb:

"Digər məktəblərin də layihələndirmə işlərinə başlanılacaq. Ən müasir və ən yaxşı təchiz olunmuş infrastruktur qurulacaq. Kifayət qədər müəllimlərimiz var ki, həmin məktəblərdə işləməyə hazırdırlar".