​"Avroviziya-2023"-dəki dəyişikliklər Azərbaycana görə aparılmayıb" - İctimai TV

​
16:45 25.11.2022
108 Maqazin
A- A+

“Avroviziya-2023” mahnı müsabiqəsinin səsvermə prosesində əsaslı dəyişiklik edilib. Belə ki gələnilki müsabiqənin yarımfinal mərhələsinin səsvermə prosesində yalnız tamaşaçılar iştirak edəcək.

Bununla bağlı İctimai Televiziya və Radio Yayımları Şirkətindən APA-nın sorğusuna cavab olaraq bildirilib ki, dəyişiklik barədə Azərbaycan tərəfi günahlandırılmır.

“Bu, müsabiqə təşkilatçılarının səsvermə qaydalarını dəyişdiyi ilk hal deyil. Mütəmadi olaraq, yeniliklər baş verir, yeni qaydalar əlavə edilir, köhnəlmiş normalar aradan qaldırılır. Bu, müəyyən vaxt müddəti ərzində baş verən dinamik bir prosesdir. Biz təşkilatçıların müsabiqəni daha müasir, maraqlı və qlobal etmək cəhdlərini normal və təbii hesab edirik. Nə rəsmi press-relizdə, nə də yayımçılar üçün təqdimatda Azərbaycanın adı çəkilir. Ümumiyyətlə Azərbaycan tərəfi rəsmən nədəsə günahlandırılmır”, - məlumatda qeyd olunub.