​Şakiradan haqqında çıxan iddialara cavab

​Şakiradan haqqında çıxan iddialara
20:00 28.11.2022
120 Maqazin
A- A+

Dünyaca məşhur müğənni Şakira haqqında səsləndirilən iddialara cavab verib.

Kolumbiyalı ifaçı barəsində irəli sürülən vergi fırıldaqçılığı işini böhtan adlandırıb. 

O, İspaniya prokurorluğunu ona qarşı böhtan kampaniyası aparmaqda və şəxsi toxunulmazlıq hüququnu pozmaqda ittiham edib. Şakira 2012-2014-cü illərdə əldə etdiyi gəlirdən 14 milyon dollardan çox vergi ödəməməsi ilə bağlı ittihamları saxta adlandıraraq həmin ərəfədə İspaniyanın vergi rezidenti olmadığını vurğulayıb. Müğənninin sözlərinə görə, o, bu statusu yalnız 2015-ci ildə alıb.

Qeyd edək ki, bir müddət əvvəl İspaniya prokurorluğu Şakiranın 8 il 2 ay müddətinə həbsini və 23 milyon avro cərimələnməsini istəyib.