​"Twitter"də 5,4 milyondan çox istifadəçinin məlumatı sızdırıldı

​
11:18 30.11.2022
A- A+

"Twitter"də 5,4 milyondan çox istifadəçinin məlumatının sızdırıldığı iddia edilir.

Habitu8 kibertəhlükəsizlik şirkətinin qurucusu Çad Loder bu barədə "Twitter"də qeyd edib ki, 5,4 milyondan çox istifadəçinin məlumatı, o cümlədən telefon nömrələri, e-poçt ünvanları və "Twitter" ID-ləri Dark Web-ə sızdırılıb.

Məlumata əsasən, bu açıqlamadan sonra Loderin "Twitter" hesabı bağlanıb. Loder hücumun Avropa Birliyi və ABŞ-dakı istifadəçilərə təsir etdiyini bildirib.

Mənbə: Milliyet