​Azərbaycan filmləri Rusiyada kinofestivalda nümayiş olunacaq

​Azərbaycan filmləri Rusiyada kinofestivalda
14:40 30.11.2022
A- A+

Rusiya paytaxtında MDB ölkələrinin “Moskva Premyerası” adlı IV Beynəlxalq Film Festivalına start verilir.

Bu barədə beynəlxalq kinofestivalın saytında bildirilib.

Azərbaycan festivalda Rusiya kinomatoqrafçıları ilə birgə çəkilmiş “Bu cənub şəhərində”, “Əlvida, cənub şəhəri”, “Alisanın bir günü”, “İstintaq” və digər filmlərlə təmsil olunacaq.

Festivalda həmçinin Belarus, Gürcüstan, Qazaxıstan, Qırğız Respublikası, Latviya, Rusiya, Tacikistan və Özbəkistandan olan kino xadimləri də filmlərini nümayiş etdirəcəklər.

Mənbə: Report