​Gündəlik 2 litr su içməyə ehtiyac yox imiş... - Alimlər AÇIQLADI

​Gündəlik 2 litr su içməyə ehtiyac yox imiş... -
16:48 30.11.2022
148 Maraqlı
A- A+

Gündəlik içilən suyun miqdarı ilə bağlı yeni fikirlər gündəmə gəlib.

Belə ki, Şotlandiyanın Aberdin Universitetinin tədqiqatçılarının fikrincə, gündə 1,5-1,8 litr su içmək kifayətdir.

Tədqiqatçılar 23 müxtəlif ölkədən 8 gün ərzində 96 yaşa qədər olan 5604 insan üzərində araşdırma aparıblar.

Araşdırma nəticəsində müəyyən edilib ki, isti və rütubətli mühitlərdə, yüksək hündürlükdə yaşayanlar, həmçinin idmançılar, hamilə qadınların su dövranları daha sürətlidir. Su dövranında ən vacib amil bədənin yandırdığı enerjinin miqdarıdır. Ən yüksək göstəricilər gündə orta hesabla 4,2 litr su ilə 20-35 yaş arası kişilərdə müşahidə olunub. Bildirilib ki, bu miqdar yaş artdıqca azalır.

Eyni zamanda 90 yaşında kişi üçün gündə orta hesabla 2,5 litr su içmək məqsədəuyğundur. 20-40 yaş arası qadınlarda bu göstərici 3,3 litr olduğu halda, 90 yaşlarında qadınlarda isə 2,5 litrdir.

Mənbə: Milliyet