​UEFA pandemiya ilə bağlı "Qarabağ" klubuna ödəniş edib

​UEFA pandemiya ilə bağlı
10:40 01.12.2022
66 İdman
A- A+

UEFA növbəti dəfə "Qarabağ" klubuna ödəniş edib.

Qitə futbol qurumu avrokuboklarda çıxış edən klublar üçün koronavirus pandemiyası ilə əlaqədar maliyyə vəsaitinin ayrılması proqramı çərçivəsində 2021/2022 mövsümündə Konfrans Liqasında iştirak etmiş Ağdam klubuna 139 000 avro maliyyə vəsaiti ödəyib.

Məbləğ AFFA-nın vasitəçiliyi ilə klubun hesabına köçürülüb.