​Azərbaycan millisinin futbolçusu "Sabah"ın tarixinə düşüb

​Azərbaycan millisinin futbolçusu
16:00 01.12.2022
118 İdman
A- A+

Azərbaycan millisinin futbolçusu Amin Seydiyev "Sabah" klubunun tarixində ən çox matça çıxan oyunçu olub.

24 yaşlı müdafiəçi bunu "Turan Tovuz"u 1:0 hesabı ilə məğlub etdikləri Premyer Liqanın XV tur oyununda bacarıb.

Paytaxt təmsilçisində 68-ci qarşılaşmasını keçirən Seydiyev bu göstəricidə mütləq rekordçudur. O, "Sabah"ın sabiq qapıçısı Saşa Stamenkoviçi (67) geridə qoyub.

Qeyd edək ki, Amin Seydiyev komandanın heyətində Premyer Liqada 64, ölkə kubokunda isə 4 matçda iştirak edib.