​2023-cü ilin rəngi açıqlandı

​2023-cü ilin rəngi
18:20 02.12.2022
149 Maqazin
A- A+

“Pantone” şirkəti 2023-cü ilin rəngini açıqlayıb.

Gələn ilin rənginə "18-1750 Viva Magenta" adı verilib. İnstitutun fikrincə, bu, dünyanın keçdiyi çətin dövrdə onun ehtiyacı olan gücün və canlılığın simvoludur. Bu səbəbdən ilin rəngini elan edərkən ​​tviterdə "Qeyri-adi vaxt üçün qeyri-adi kölgə" sözləri yazılıb.

Yeni qırmızı rəng süni intellektin köməyi ilə hazırlanıb.

Xatırladaq ki, 2022-ci ilin rəngi bənövşəyi və qırmızının alt tonu olan mavi idi.

Qeyd edək ki, 1950-ci ildə Nyu-Yorkda qurulan “Pantone” şirkəti 2000-ci ildən bəri Panton Rəng İnstitutu vasitəsiylə ilin rəngini müəyyənləşdirir.