​Fransa 1/4 finala vəsiqə qazandı

​Fransa 1/4 finala
21:15 04.12.2022
92 İdman
A- A+

DÇ-2022-də 1/8 final mərhələsi davam edir.

Bu gün üçün nəzərdə tutulan 2 matçdan artıq 1-i başa çatıb. Günün ilk oyununda Fransa Polşa ilə üz-üzə gəlib. "Al Tumama" stadionundakı görüşdə Fransa qələbə qazanıb (3:1) və 1/4 finala adlayıb. Fransanın bu mərhələdəki rəqibi bu gün keçiriləcək İngiltərə - Seneqal matçının güclüsü olacaq.

İngiltərə - Seneqal oyunu saat 23:00-da "Əl Bayt" stadionunda olacaq.

Qeyd edək ki, Niderland və Argentina 1/4 finala yüksəliblər.

4 dekabr

19:00. Fransa - Polşa - 3:1

Qollar: Olivye Jiru, 44 (1:0), Kilian Mbappe, 74 (2:0), 90+1 (3:0), Robert Levandovski, 90+9 (3:1)

23:00. İngiltərə - Seneqal