​“Orion” kosmik gəmisi bu gün Aya yeni uçuşunu həyata keçirəcək

​“Orion” kosmik gəmisi bu gün Aya yeni uçuşunu
09:00 05.12.2022
A- A+

“Orion” kosmik gəmisi bu gün Aya növbəti uçuşunu həyata keçirəcək.

“Report” xəbər verir ki, bu barədə NASA-nın saytında məlumat verilib.

Qeyd olunub ki, sınaqdan keçiriləcək pilotsuz kosmik gəmi Aya mümkün qədər yaxınlaşacaq.

Xatırladaq ki, 2019-cu ilin yazında NASA üç mərhələdən ibarət olan “Artemis” proqramının layihəsini açıqlayıb. Birinci mərhələ (“Artemis 1”) “Orion”un Ay ətrafında pilotsuz uçuşunu və onun Yerə qayıtmasını təmin edir.

İkinci mərhələ (“Artemis 2”) göyərtədə ekipajla birlikdə Yerin təbii peyki ətrafında uçuşu nəzərdə tutur. Missiyanın üçüncü mərhələsində (Artemis 3) NASA astronavtları 2024-cü ildə Aya endirməyi, sonra isə təxminən 2030-cu illərin ortalarında onları Marsa göndərməyi planlaşdırır.