​Ermənistan Azərbaycana I Qarabağ müharibəsində itkin düşmüş 10 nəfərin meyit qalıqlarını və iki xəritə verib

​Ermənistan Azərbaycana I Qarabağ müharibəsində itkin düşmüş 10 nəfərin meyit qalıqlarını və iki xəritə
11:00 05.12.2022
100 Hərbi
A- A+

Ermənistan tərəfi I Qarabağ müharibəsində itkin düşən 10 nəfərin meyit qalıqlarını Azərbaycana təhvil verib.

“Sputnik Armenia” xəbər verir ki, bu barədə Ermənistan Milli Təhlükəsizlik Xidməti məlumat yayıb.

“Dekabrın 1-də erməni tərəfi Azərbaycana I Qarabağ müharibəsində həlak olan 10 nəfərin meyit qalıqlarını, həmçinin, daha 4 nəfərin basdırıldığı yeri göstərən 2 xəritə verib”, - məlumatda deyilir.

Qeyd edək ki, Ermənistan 2020-ci ilin noyabrından Azərbaycana 5 xəritə və I Qarabağ müharibəsində həlak olan 140 nəfərin meyit qalıqlarını təhvil verib.

Mənbə: APA