​Dövlət xidmətləri xərclərinin hansı istiqamətlərdə artırıldığı məlum olub

​Dövlət xidmətləri xərclərinin hansı istiqamətlərdə artırıldığı
13:30 05.12.2022
A- A+

Gələn ilin dövlət büdcəsində ümumi dövlət xidmətləri xərcləri artırılır.

Bu, Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin iclasında üçüncü oxunuşda müzakirəyə çıxarılmış “Azərbaycan Respublikasının 2023-cü il dövlət büdcəsi haqqında” qanun layihəsində əksini tapıb.

Qanun layihəsinin yeni redaksiyasına əsasən, ümumi dövlət xidmətləri xərcləri 21 549 500,0 manat artırılaraq, 3 808 230 483,0 manata çatdırılır. Qanun layihəsinin əvvəlki redaksiyasında bu istiqamətə 3 786 680 983,0 manat ayrılması nəzərdə tutulmuşdu.

Artırılan 21 549 500,0 manat vəsaitdən 4 100 000,0 manatı qanunvericilik və icra hakimiyyəti, yerli özünüidarəetmə orqanlarının fəaliyyəti, 15 900 000,0 manatı beynəlxalq münasibətlər, 1 549 500,0 manatı büdcələrarası transfertlər üçün xərclərə yönəldiləcək. Beləliklə, 2023-cü ilin dövlət büdcəsindən qanunvericilik və icra hakimiyyəti, yerli özünüidarəetmə orqanlarının fəaliyyəti xərcləri 4 100 000,0 manat artırılaraq 1 568 845 483,0 manata çatdırılır. Əvvəl bu istiqamətə 1 564 745 483,0 manat ayrılması nəzərdə tutulmuşdu.

Gələn ilin dövlət büdcəsindən beynəlxalq münasibətlərə ayrılan xərclər 15 900 000,0 manat artırılaraq, 472 400 000,0 manata qaldırılır. Əvvəl bu istiqamətə 456 500 000,0 manat ayrılması proqnozlaşdırılmışdı.

2023-cü ilin dövlət büdcəsi xərclərindən büdcələrarası transfertlərə artırılan 1 549 500,0 manat vəsait Naxçıvan Muxtar Respublikasının büdcəsinə verilən dotasiyaya (transfertin yuxarı həddi) yönəldiləcək. Beləliklə Naxçıvan Muxtar Respublikasının büdcəsinə verilən dotasiyaya (transfertin yuxarı həddi) ayrılan xərclərin məbləği 480 881 000,0 manatdan 482 430 500,0 manata çatdırılır.