​Maskın beyin çipi şirkəti ilə bağlı araşdırmalara başlanılıb

​Maskın beyin çipi şirkəti ilə bağlı araşdırmalara
09:58 06.12.2022
A- A+

İlon Mask insanlar üzərində klinik sınaqlar üçün yeni vaxt cədvəlini elan etdikdən bir neçə gün sonra yeni iddialar səslənməyə başladı.

ABŞ Kənd Təsərrüfatı Departamentinin Baş Müfəttişi federal prokurorların “Neuralink”in Heyvanların Rifahı Aktını poza biləcəyi fikrindən sonra araşdırmaya başlayıb. Neuralinkin heyvan testinin "əzablara və ölümə" səbəb olduğu iddia edilir.

Qeyd edək ki, Heyvanların Rifahı Qanunu tədqiqat və kommersiya məhsullarının sınaqlarında istifadə edilən bəzi heyvanların müalicəsini tənzimləyir, lazımsız əzab və ya ölümə səbəb olan qeyri-insani təcrübələri qadağan edir.

20-dən çox “Neuralink” əməkdaşının bildirdiyinə görə, Mask beyin çipi firmasının tədqiqatçılarını “inkişafı sürətləndirməyə” məcbur edib.

Mənbə: Trt haber