​Şəkidə universitet yaradılması təklif olunur

​Şəkidə universitet yaradılması
12:15 06.12.2022
83 Sosial
A- A+

Azərbaycan Dövlət Pedaqoji Universitetinin "Şəki" filialının müstəqil universitetə çevrilməsinin vaxtı çatıb.

Bunu Milli Məclisin bu gün keçirilən plenar iclasında deputat Əli Məsimli bildirib.

"Bu il martın 10-da filialın 30 illik yubileyi qeyd olunub. Onun regionun inkişafında böyük xidmətləri olub. Filialda 5 mindən çox kadr yetişdirilib. Onlar ölkənin müxtəlif yerlərində töhvəsini verir", - deyə o qeyd edib.