​Bu ölkədə koronovirusa yoluxma sayı yenidən 1000-i keçdi

​Bu ölkədə koronovirusa yoluxma sayı yenidən
16:58 06.12.2022
87 Dünya
A- A+

Belçikada COVID-19-a yoluxanların gündəlik sayı yenidən artıb.

Belçika Milli Sağlamlıq İnstitutunun məlumatına görə, yeni yoluxma hallarının sayı əvvəlki həftə ilə müqayisədə 23 faiz artaraq 1152-yə çatıb.

Xəstəxanaya yerləşdirilən xəstələrin sayı 22 faiz artaraq 76-ya çatıb. Bununla belə, COVID-19 səbəbindən həyatını itirənlərin sayı 23 faiz azalaraq 4-ə düşüb.

Belçika Avropada COVID-19 epidemiyasının ən şiddətli yayıldığı ölkələrdən biridir. 11,5 milyon əhalisi olan ölkədə 33 min 86 nəfər COVID-19-dan dünyasını dəyişib.

Mənbə: Ntv.com