​Xocavənd xəstəxanasına yeni direktor TƏYİNATI - FOTO

​Xocavənd xəstəxanasına yeni direktor TƏYİNATI -
18:00 06.12.2022
109 Sosial
A- A+

Xocavənd Rayon Mərkəzi Xəstəxanasına yeni direktor təyin olunub.

Bu vəzifəyə Nəbiyev Canəli Xanəli oğlu təyinat alıb.

Qeyd edək ki, Nəbiyev Canəli Xanəli oğlu 1972-ci ildə Göyçə mahalının Zərkənd kəndində anadan olub.

1990-cı ildə Azərbaycan Tibb Universitetinə daxil olub. 1996-ci ildə Pediatriya fakültəsini bitirib. 1996-1997-ci illərdə M.Nağıyev adına Təcili Tibbi Yardım Xəstəxanasında həkim-interna olub. 1997-2001-ci illərdə Müdafiə Nazirliyində hərbi həkim kimi çalışıb. 2001-ci ildən 2014-cu ilə qədər 3 saylı Bakı şəhər Klinik Xəstəxanasında həkim-anestezioloq-reanimatoloq, Qan köçürmə şöbəsində müdir vəzifələrində çalışıb.

2015-2022-ci illərdə Tibb Universitetinin Tədris Cərrahiyyə Klinikasında əməliyyat blokunun müdiri vəzifəsində çalışıb.