​Braziliya millisindən yeni rekord

​Braziliya millisindən yeni
18:30 06.12.2022
107 İdman
A- A+

Braziliya millisi dünya çempionatları tarixində yeni rekorda imza atıb.

Komanda bunu DÇ-2022-nin 1/8 finalında Cənubi Koreya ilə matçda (4:1) iştirak etməklə bacarıb. Bu, Braziliyanın dünya çempionatlarında 113-cü oyunu olub. Beləliklə, yığma mundial tarixində ən çox oyuna çıxan milli komanda adına yiyələnib. Braziliya bundan əvvəl bu rekordu Almaniya (112 oyun) ilə bölüşürdü.

Qeyd edək ki, Braziliya DÇ-2022-də 1/4 finala yüksəlib. Almaniya isə qrupdan çıxa bilməyib.