​Ledi Qaqanın itlərini oğurlayan şəxsə 21 il həbs oxundu

​Ledi Qaqanın itlərini oğurlayan şəxsə 21 il
18:45 06.12.2022
124 Maqazin
A- A+

Amerikalı müğənni-aktrisa Ledi Qaqanın itlərini oğurlayan və köməkçisini güllələyən şəxs haqqında qərar qəbul edilib.

Məhkəmə müttəhim 20 yaşlı Ceyms Hovard Ceksonun 21 il müddətinə azadlıqdan məhrum edilməsi ilə bağlı hökm çıxarıb. Şəxs hakimin qərarına etiraz etməyib.

Qeyd edək ki, hadisə ötən ilin fevralında baş tutub. Ümumilikdə polis beş şübhəli şəxsi saxlayıb. Hətta L.Qaqa itlərini geri qaytarana 500 min dollar (850 min manat) mükafat verəcəyini açıqlamışdı.