​Türkiyədə yük və minik avtomobilləri toqquşub, ölən və yaralananlar var

​Türkiyədə yük və minik avtomobilləri toqquşub,
19:15 06.12.2022
89 Dünya
A- A+

Türkiyənin Qaziantep bölgəsində Şanliurfa-Qaziantep avtomobil yolunda yük və minik avtomobillərinin toqquşması nəticəsində bir nəfər ölüb, 2 nəfər yaralanıb.

Məlumatı “TRTHaber” yayıb.

Bildirilib ki, hadisə nəticəsində ölən 10 yaşlı qızın meyiti morqa aparılıb. Yaralılar Qaziantepdəki dövlət hospitalına yerləşdirilib.

Məlumata görə, minik avtomobili önündəki kamyona arxadan çırpılıb.