​Xorvatiyada Miq-21 qırıcısı qəzaya uğradı

​Xorvatiyada Miq-21 qırıcısı qəzaya
19:30 06.12.2022
84 Dünya
A- A+

Xorvatiyanın şimalındakı Viroviticko-Podravska bölgəsində Miq-21 tipli döyüş təyyarəsi təlim uçuşu zamanı qəzaya uğrayıb.

Bu haqda Xorvatiya Müdafiə Nazirliyi açıqlama yayıb.

Məlumata görə, 2 pilotla təlim uçuşu həyata keçirən döyüş təyyarəsinin meşəlik əraziyə düşdüyü bildirilib.

Təyyarədə olan pilotlardan biri ilə əlaqə saxlanılıb, digəri üçün axtarış-xilasetmə işləri davam edir.

Açıqlamada ilk yardım və təhlükəsizlik qruplarının ərazidə olduğu qeyd olunub.