​"Uşaqlar ölürlər, çünki onlara baxa bilmirik" - Almaniyada kritik vəziyyət

​
11:28 07.12.2022
86 Dünya
A- A+

Almaniyada “RSV” virusuna görə uşaq xəstəxanalarının reanimasiya şöbələri dolub və səhiyyə sistemi çökmə həddinə çatıb.

Almaniyanın Reanimasiya və Fövqəladə Hallar Dərnəyinin (DIVI) verdiyi açıqlamada ölkədə “fəlakətli vəziyyət var” ifadəsi işlədilib.

Açıqlamada, epidemiya səbəbilə uşaq xəstəxanalarının reanimasiya şöbələrində yaşanan intensivliyə görə xəstələrin 100 kilometrdən çox uzaqlıqdakı digər xəstəxanalara köçürüldüyü, bəzi hallarda cərrahi müdaxiləyə ehtiyacı olan uşaqların üç gün gözlədildiyi bildirilib.

Robert Koch İnstitutu (RKI) tərəfindən nəşr olunan hesabatda, yaşanan intensivliyin önümüzdəki həftələrdə daha da artacağı gözlənilir. Uşaq reanimasiya mütəxəssisi Michael Sasse isə, "Uşaqlar ölürlər, çünki onlara daha baxa bilmirik" deyib.

Məlumat üçün qeyd edək ki, “RSV” virusu, yəni “Respirator Sinsitial Virus”, Qrip və soyuqdəyməyə bənzər əlamətlərə səbəb olsa da, müalicəsi gecikdikdə ağciyərlər üçün təhlükə yaradır. Körpələr və yaşlılar başda olmaqla bütün yaş qruplarında həyati təhlükəsi olan tənəffüs yolu infeksiyalarına səbəb olan virus, son illərdə rast gəlinmə hallarının artması ilə diqqət çəkir. Bütün uşaqlar 2 yaşına qədər ən azı bir dəfə “RSV” ilə xəstələnirlər və bu infeksiyanın təkrarlanması həyat boyu davam edir.

Mənbə: Tgrt haber