​Azərbaycan incəsənətinə ağır itki

​Azərbaycan incəsənətinə
14:25 07.12.2022
A- A+

Sənətşünaslıq üzrə fəlsəfə doktoru, Əməkdar mədəniyyət işçisi, Azərbaycan Milli İncəsənət Muzeyinin Elmi araşdırmalar şöbəsinin müdiri Toğrul Əfəndiyev vəfat edib.

Bu barədə Azərbaycan Milli Xalça Muzeyinin direktoru Şirin Məlikova məlumat verib.

O, sənətşünasın dünən vəfat etdiyini bildirib.

Toğrul Əfəndiyev Azərbaycan incəsənət tarixinə dair bir çox elmi monoqrafiyaların, məqalələrin müəllifidir. Onun araşdırmalarında milli irs nümunəsi olan xalça sənətinə də xüsusi önəm verilib.

Onun rəhbərliyi altında 2012-2014-cü illərdə Xalça Muzeyinin yeni binasının ekspozisiyanın elmi konsepsiyası hazırlanıb. O, həmçinin Azərbaycanın kəlağayı sənətinin UNESCO-nun Qeyri-maddi Mədəni İrs üzrə Reprezentativ Siyahıya salınmasına yönəlmiş işçi sənədinin müəllifi olub.

Toğrul Əfəndiyev 2017-ci ildə Azərbaycanda keçirilən dünyaca məşhur xalçaçı-alim və kolleksiyaçıları özündə birləşdirən Azərbaycan xalçası üzrə V Beynəlxalq simpoziumun akademik komitəsinin həmsədri və II Beynəlxalq “Türk dünyasının ortaq dili – naxışlar” simpoziumunun elmi heyətinin üzvü olub.