​Azərbaycan millisinin İsveçlə səfər oyununun yeri müəyyənləşib

​Azərbaycan millisinin İsveçlə səfər oyununun yeri
14:40 07.12.2022
80 İdman
A- A+

Futbol üzrə Azərbaycan millisinin AVRO-2024-ün seçmə mərhələsində İsveçə qarşı keçirəcəyi səfər oyununun stadionu müəyyənləşib.

AFFA-dan verilən məlumata görə, qarşılaşma 2023-cü il martın 27-də Solna şəhərindəki “Friends Arena”da keçiriləcək.

Görüş Bakı vaxtı ilə saat 22:45-də başlayacaq.

Qeyd edək ki, Avropa çempionatının seçmə mərhələsinin F qrupunda yer alan Azərbaycan millisi ilk oyununu martın 24-də Avstriya ilə səfərdə keçirəcək. Canni de Byazinin yetirmələrinin bu qrupdakı digər rəqibləri Belçika və Estoniya olacaq.