“Kreml Qərbin Rusiya neftinin qiymətlərini məhdudlaşdırmaq qərarını nəzərdən keçirməyə davam edir”.
Bunu Rusiya prezidentinin sözçüsü Dmitri Peskov bildirib.
Onun sözlərinə görə, Rusiyanın qiymət tavanına reaksiyası daha sonra formalaşdırılacaq.
“Qiymət tavanı ilə bağlı belə bir qərar verildikdən sonra müvafiq işlər və təsdiqlər aparılır. Yekun qərarlar qəbul edildikdən sonra onlar sənədləşdiriləcək”, - deyə o əlavə edib.
Mənbə: Kommersant