​Aİ ÜTT-də Çinə qarşı panel prosesinə başladı

​Aİ ÜTT-də Çinə qarşı panel prosesinə
15:38 07.12.2022
67 Dünya
A- A+

Avropa İttifaqı (Aİ), Çinin iki ticarət mübahisəsindəki razılaşmalardan irəli gələn hüquqlarının pozulduğu səbəbiylə Ümumdünya Ticarət Təşkilatına (ÜTT) bir panel üçün müraciət etdiyini açıqladı.

Açıqlamada Çinin 2021-ci ilin dekabr ayından Litvadan ixraca qarşı ticarət məhdudiyyətləri və Çinin Avropadakı yüksək texnologiyalı patent sahiblərini qorumaq üçün Aİ məhkəmələrinə çıxışını məhdudlaşdırmasının qanunsuz olduğuna diqqət çəkib.

Pekin administrasiyası isə Litvadan idxalın birdən-birə azalmasının dövlətin maneəsi ilə bağlı olmadığını, Çin müəssisələrinin və fiziki şəxslərin öz təşəbbüsü ilə ölkədən mal almağı dayandırdığını müdafiə edib.

Mənbə: Trt haber