​İranda 4 universitetdə 1200-ə yaxın tələbə zəhərləndi

​İranda 4 universitetdə 1200-ə yaxın tələbə
16:28 07.12.2022
99 Dünya
A- A+

İranda iki həftə ərzində 4 universitetdə 1200-ə yaxın tələbə qida zəhərlənməsinə məruz qalıb.

“Etemad” qəzetinin mövzu ilə bağlı xəbərində “Universitetlərin yalnız kommersiya məqsədli iaşə şirkətlərinə verdiyi tenderlər nəticəsində qeyri-sağlam şəraitdə hazırlanan yeməklər tələbələrin zəhərlənməsinə səbəb olur”, - yazılıb.

Tələbələr isə 4 universitetdə eyni vaxtda baş verən hadisəni "şübhəli" hesab edirlər. İran Tələbə Birliyinin “Telegram” hesabından paylaşılan mesajda zəhərlənmə hallarının planlaşdırılan 3 günlük hökumət əleyhinə etiraz aksiyalarından bir qədər əvvəl baş verdiyi qeyd edilib.

Mənbə: Trt haber