​İstehlaka yararsız 14,5 ton süd məhsulları məhv edilib

​İstehlaka yararsız 14,5 ton süd məhsulları
17:15 07.12.2022
A- A+

İstehlaka yararsız 14,5 ton müxtəlif növ süd məhsulları məhv edilib.

Bu barədə  Azərbaycan Qida Təhlükəsizliyi Agentliyindən (AQTA) məlumat verilib.

Bildirilib ki, “AZ FP CO LTD” MMC-nin istehlaka yararsız və istifadə müddəti bitmiş qida məhsullarının məhv edilməsi ilə bağlı müraciəti əsasında, Agentlik əməkdaşları tərəfindən 74 adda, 14,5 ton müxtəlif növ süd məhsulları “Təmiz Sumqayıt-Kənan” MMC-yə məxsus tullantıların zərərsizləşdirilməsi poliqonunda məhv edilib.