​Rusiyada aerodromda müəmmalı partlayış: 9 təyyarə yoxa çıxdı

​Rusiyada aerodromda müəmmalı partlayış:
21:30 07.12.2022
105 Dünya
A- A+

Dekabrın 5-də Rusiyanın Ryazan vilayətindəki Dyaqilevo strateji aviasiya aerodromunda baş verən müəmmalı partlayışdan sonra ən azı 9 bombardmançı təyyarə dayanacaqdan yoxa çıxıb.

Bu barədə Planet.com saytı məlumat yayıb.

Peyk görüntülərinə görə, söhbət Tu-22M bombardmançılarından, həmçinin partlayış nəticəsində zədələnmiş təyyarələrdən gedir.

Partlayış nəticəsində Tu-22M-lərin də zədələndiyi və ya Rusiya komandanlığının təyyarələri daha təhlükəsiz əraziyə köçürdüyü məlum deyil.

Qeyd edək ki, Rusiyanın Ryazan şəhəri yaxınlığında yerləşən aerodromda yanacaq daşıyan maşın partlayıb. Nəticədə 3 nəfər ölüb, 6-sı yaralanıb.