"Mən inanıram ki, ukraynalılar gələn il artıq sülh dövründə ən nüfuzlu olacaqlar".
Bunu Ukrayna prezidenti Vladimir Zelenski deyib.
Politico Zelenskini ilin ən nüfuzlu adamı adlandırıb. Çünki o hesab edir ki, o, Avropanı Ukrayna ilə birgə gələcəyə, o cümlədən Aİ-yə üzvlük baxımından inandırıb.
Qeyd edək ki, Rusiya prezidenti Vladimir Putin bir gün əvvəl, dekabrın 7- də hərbi əməliyyatın “uzun prosesə” çevrilə biləcəyini bildirmişdi.
Mənbə: Politico