​Cənubi azərbaycanlılar üçün dialektoloji atlas hazırlanacaq - FOTO

​Cənubi azərbaycanlılar üçün dialektoloji atlas hazırlanacaq -
13:55 08.12.2022
225 Sosial
A- A+

"Azərbaycan dilinin Qarabağ və Şərqi Zəngəzur Dialektoloji atlası" kitabının təqdimatı keçirilib.

AMEA Dilçilik İnstitutunda keçirilən təqdimat mərasimində AMEA prezidenti akademik İsa Həbibbəyli, Dilçilik İnstitutunun baş direktoru professor Nadir Məmmədli, professor Nizami Cəfərov, akademik Rafael Hüseynov, həmçinin dil mütəxəssisləri, alimlər və digər ictimaiyyət nümayəndələri iştirak edib.

AMEA prezidenti İsa Həbibbəyli kitabı Dilçilik İnstitutunun pasportu hesab etdiyini deyib:

"Bu kitab Qarabağ və Şərqi Zəngəzur üçün Dilçilik İnstitunun ucaltdığı elmi abidədir. Bu, Qarabağın Azərbaycanın əzəli və əbədi torpağı olmasının elmi sübutudur".

Daha sonra AMEA prezidenti kitabın müəllif və tərtibçisi Kifayət İmamquliyevanı və komandasını Fəxri Fərmanla təltif etməsi haqqında qərar verdiyini açıqlayıb.

Dilçilik İnstitutunun baş direktoru professor Nadir Məmmədli kitabı Azərbaycan Prezidentinin səsinə səs verən kitab adlandırıb:

"Kitabın adına fikir verin - Qarabağ və Şərqi Zəngəzur dialektoloji atlası. Bu, dilçilik tariximizdə bir ilkdir. Biz bu sözləri 692 məntəqədən toplayıb kitab halına salmışıq. Mən sizə bir sirri də açım ki, bizim gələcəkdə eynilə Gürcüstan azərbaycanlıları üçün də, Dərbənd azərbaycanlıları üçün də, Cənubi azərbaycanlılar üçün də bu cür dialektoloji atlasın hazırlanması nəzərdə tutulub".

Mənbə: APA