​Sabiq deputatın oğlu yüksək vəzifəyə təyin edildi

​Sabiq deputatın oğlu yüksək vəzifəyə
15:00 08.12.2022
161 Hadisə
A- A+

Sabiq deputat, biznesmen Hacı Salayevin oğluna yüksək vəzifə verilib.

Fövqəladə hallar naziri, general-polkovnik Kəmaləddin Heydərovun müvafiq əmri ilə polkovnik Turqut Hacı oğlu Salayev FHN-in Əməliyyat-istintaq idarəsinin rəisi təyin edilib.

Qeyd edək ki, Turqut Salayev 44 saylı Sumqayıt-Xızı seçki dairəsindən keçmiş deputat Hacı Salayevin oğlu, general Baba Salayevin qardaşı oğludur.

Xatırladaq ki, FHN-in Əməliyyat-istintaq idarəsinin rəisi, polkovnik Sahib Rzayev bu vəzifədən azad edilərək, Fövqəladə halların xəbərdar edilməsi Baş İdarəsinin rəisi təyin edilib. Bu idarənin rəisi, general-mayor Valeh Abdullayev isə təqaüdə göndərilib.