​Biləsuvarda avtomobil aşıb, 4 nəfər xəsarət alıb

​Biləsuvarda avtomobil aşıb, 4 nəfər
15:30 08.12.2022
77 Hadisə
A- A+

Biləsuvar rayonunda dörd nəfərin xəsarət alması ilə nəticələnən yol qəzası baş verib.

Hadisə rayonun Əsgərabad kəndi ərazisində qeydə alınıb.

Belə ki, minik avtomobilinin aşması nəticəsində kənd sakinləri - 1988-ci il təvəllüdlü Gülşən Ağayeva, 1989-cu il təvəllüdlü Coşqun Ağayev, 1997-ci il təvəllüdlü Rəqsanə Rzazadə və 1997-ci il təvəllüdlü Mərhəmət Rzazadə xəsarət alıblar.

Yaralılar xəstəxanaya çatdırılıb.

Faktla bağlı araşdırma aparılır.