​“Biz əməliyyat istəmirik” - Con Kirbi

​“Biz əməliyyat istəmirik” -
16:08 08.12.2022
200 Dünya
A- A+

“Biz əməliyyat istəmirik”.

Bunu ABŞ Milli Təhlükəsizlik Şurasının Strateji Kommunikasiyalar üzrə direktoru Con Kirbi deyib.

Ağ Evdə jurnalistlərə açıqlama verən Kirbi, “Biz Suriyanın şimalında dinc əhalini indikindən daha böyük riskə atacaq, Suriyadakı əsgərlərimizi, şəxsi heyətimizi və ya İŞİD-ə qarşı missiyamızı təhlükəyə atacaq hər hansı hərbi əməliyyat istəmirik”, - deyə bildirib.

"Birləşmiş Ştatlar Türkiyənin özünümüdafiə hüququnu, xüsusən də terrora qarşı özünümüdafiə hüququnu tanıyır" deyən Kirbi, "Türk xalqının üzləşdiyi təhlükəni anlayırıq. Bununla belə, biz Suriyanın şimalındakı hərbi əməliyyatların bu təhlükəni aradan qaldırmaq üçün ən yaxşı yol olduğuna inanmırıq", - əlavə edib.

Mənbə: Haber Global