​"Qripin geniş yayılması COVID-19-un yayılmasının qarşısını alır" - Alper Şener

​
16:38 08.12.2022
A- A+

"Qripin bu dövrdə geniş yayılması dolayısı ilə COVID-19-un yayılmasının qarşısını alır".

Bunu Koronavirus Elmi Komitəsinin üzvü Prof. Dr. Alper Şener deyib.O, qışda COVID-19 hadisələrinin artacağını gözlədiklərini, lakin yoluxma sayında artım olmayacağını bildirib.

"Qripə yoluxma hallarında artımın səbəbi qış dövrünə qədəm qoymağımızla əlaqədardır. Qrip daha dominantdır. Ümid edirəm ki, bu qış mövsümündə qrip üstünlük təşkil edəcək. Xəstəxanaya yerləşdirmə və intensivlik COVİD-19 xəstəliyində daha yüksəkdir və bu ölümcüldür. Qrip tənəffüs yollarının infeksiyaları, yalnız ağır astma, ağciyər və ya əlavə xəstəlikləri olan qrupda xəstəxanaya yerləşdirməyə səbəb olur. Deyə bilərik ki, bu dövrdə geniş yayılan qrip dolayı yolla COVID-19-un yayılmasının qarşısını alır. COVID-19 artıq mövsümi virusa çevrilib”, - deyə o əlavə edib.

Mənbə: Trt Haber