​Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin iki qurumuna rəhbər təyin olunub

​Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin iki qurumuna
16:55 08.12.2022
A- A+

Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin strukturuna daxil olan iki agentliyə rəhbər təyin edilib.

Bu barədə nazir Rəşad Nəbiyev əmr imzalayıb.

Əmrə əsasən, İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyinə İnarə Vəliyeva, İnformasiya Kommunikasiya Texnologiyaları Agentliyinə isə Nail Mərdanov rəhbərlik edəcək.

Nazirlikdən "Report"un sorğusuna cavab olaraq hər iki xəbəri təsdiq ediblər.

Hər iki agentlik ölkə prezidentinin 11 oktyabr 2021-ci il tarixli fərmanına əsasən yaradılıb.

Mənbə: Report