​Əllərinizin üstü çatlayırsa, bunlara əməl edin

​Əllərinizin üstü çatlayırsa,
16:30 19.12.2022
A- A+

Soyuq havalarda müşahidə olunan problemlərdən biri də əllərin üstündə çatların yaranmasıdır. Bu, quru, zədələnmiş əllərdə ağrılara, soyuğa daha az davamlı olmasına gətirib çıxarır. Bəs əlləri necə qorumaq olar?

 

Xüsusən viruslar səbəbindən tez-tez spirt və dezinfeksiya vasitələrindən istifadə zamanı zədələnən cildi bərpa etməyə yardımçı olan üsulları təqdim edirik:

Doğru sabun və ya şampun seçimi

Rəngsiz, qoxusuz, tərkibində nəmləndirici özəllikli yağlar olan sabunlara üstünlük verin. Maye və antibakterial təmizlik vasitələrinin daha yüksək kimyəvi tərkibə malik olması əllərin qurumasını və çatların yaranmasına səbəb olur.

Əgər artıq əllərinizdə çatlar varsa, uşaqlar üçün nəzərdə tutulan sabunlardan istifadə edə bilərsiniz.

Əlləri hər yumadan sonra nəmləndirmək lazımdır

Əlləri yuduqdan sonra nəmləndirici kremlərdən istifadə etsəniz, yuma əsnasında çatlamaya səbəb olan amillərin təsirini azaltmış olacaqsınız. Əgər evdəsinizsə, spritdən istifadə etməyin. 

Dərinizə uyğun təmizlik və baxım vasitləri seçin

Çat probleminə qarşı vazelin kimi nəmləndirici vasitədən istifadə etmək kifayət edəcəkdir. Əgər yanıq, həddindən artıq quruluq, ekzama kimi problemlərdən əziyyət çəkirsinizsə, bərpaedici özəlliyi olan vasitlərədən istifadə etməyiniz məsləhətdir.

Əlləri düzgün formada qurutmaq

Əlləri qurudarkən onu dəsmal və ya salfet ilə sıxaraq, bərk-bərk silməyin. Kiçik toxunuşlarla qurutmaq kifayət edəcəkdir. 

Düzgün qidalanma

Bol su için, daha çox meyvə və tərəvəz istehlak etməyə çalışın. 

İsti yox, ilıq su ilə yuyun

İstər isti, istərsə də soyuq ilə yumaq əllərdə çatların yaranmasına gətirib çıxarır. Qabları yuyarkən və ya haranısa kimyəvi tərkibli məhlullarla təmizləyərkən mütləq əlcəkdən istifadə edin. 

Mənbə: Axsam.az