​Şellak və qaynaq dırnaqlarda göbələk yaradır

​Şellak və qaynaq dırnaqlarda
17:00 20.12.2022
A- A+

Türkiyənin dermatoloji mütəxəssisi, dosent Erkin Pekmezci əl və ya ayaq dırnaqlara tez-tez tətbiq etdikləri müxtəlif üsulların göbələk, bakterial infeksiya və ya allergik reaksiyalara səbəb ola biləcəyi barədə qadınlara xəbərdarlıq edib.

Türk həkim Erkin Pekmezçi bu barədə danışıb.

"Son zamanlar müxtəlif salonlarda hazırlanan saxta dırnaqlar qadınlar arasında çox populyardır. Lakin bu dırnaqların görünüşü bəzi insanları cəlb etsə də, sağlamlıq baxımından müəyyən problemlər yarada bilər. Bu prosedurlar sertifikatlı şəxslər tərəfindən və sertifikatlaşdırılmış yerlərdə aparılmalıdır.

Dırnaq düzəldildikdən sonra uzun müddət baxımsız qalarsa, müalicə sahəsində allergik reaksiya, göbələk və ya bakterial infeksiya baş verə bilər. Xüsusilə, bunların qarşısını almaq üçün nəzarət tezliyini iki həftədən çox saxlamamaq lazımdır".

Dermotoloq qeyd edib ki, dırnaqlarda göbələk müalicəsi kifayət qədər uzun çəkir. Xəstə olan dırnaq sahəsi sağalmadığı üçün böyüməsi və normal dırnağın arxadan gəlməsi gözlənilir. Dırnaq tamamilə normal görünüşünü bərpa edənə qədər müalicə davam etdirilməlidir. Ayaq dırnaqlarının tam sağalması üçün 1 il vaxt lazımdır.

Mənbə: Medicina.az