​“Neftçi”nin baş məşqçisi Rumıniya klubu ilə anlaşıb" - KİV

​“Neftçi”nin baş məşqçisi Rumıniya klubu ilə anlaşıb
17:45 20.12.2022
153 İdman
A- A+

“Neftçi”nin baş məşqçisi Laurentsiu Regekampf Rumıniyanın “Universitatya Krayova” klubu ilə anlaşıb.

47 yaşlı mütəxəssis ölkəsinin komandası ilə 6 aylıq müqavilənin şərtlərini razılaşdırıb.

“Universitatya Krayova”nın maliyyə dəstəkçisi Mixai Rotaru ilə anlaşmaya əsasən, rumıniyalı mütəxəssis qış fasiləsində komandanın sükanı arxasına keçəcək. Mütəxəssis bunun üçün “Neftçi” ilə müqaviləsinin ləğvinə çalışacaq.

Razılığa əsasən, çalışdırıcının yeni komandasında aylıq məvacibi 15 min avro təşkil edəcək. Həmçinin performans bonusları da nəzərdə tutulub. Bu, Regekampfın 2011-2012 mövsümündə “Universitatya Krayova”da aldığı maaşla eynidir.

Qeyd edək ki, Laurentsiu Regekampfın “Neftçi” ilə müqavilə müddəti 2024-cü ilin yayına qədərdir.

Mənbə: Report