​Azərbaycan çempionu 6 yeni futbolçu transfer edib

​Azərbaycan çempionu 6 yeni futbolçu
16:30 22.12.2022
156 İdman
A- A+

Futzal üzrə Azərbaycan çempionu “Araz-Naxçıvan” klubu 6 yeni oyunçu transfer edib.

Qış fasiləsinə turnir cədvəlinin zirvəsində yollanan komanda heyətini gücləndirmək istiqamətində mühüm addımlar atıb.

Yayda Belçikanın “Gent Beşiktaş” klubuna keçən Xətai Bağırov və İsa Atayev yenidən “Araz-Naxçıvan”ın düşərgəsinə dönüblər. Cari mövsümün ilk iki dövrəsini “Neftçi” İK-da keçirən qapıçı Emin Kürdov da bundan sonra Joze Alesio Da Silvanın rəhbərliyi altında çıxış edəcək.

Ötən mövsüm U-19-un formasını geyinən, yayda isə Birinci Liqanın debütantı “Şamaxı”da çıxış edən Novruz Kazıxanov da son çempionla anlaşıb. Milli komandanın üzvü Amadeu “Araz-Naxçıvan”ın yeni transferlərindəndir. Braziliyalı Nata Felipe De Moraes isə qışdan sonra Azərbaycan klubunda “stolb” kimi oynayacaq.

Qeyd edək ki, “Araz-Naxçıvan” bundan əvvəl Vitao, Vitinyo, Mikael Deon, David Qustavo, Pedro Torres və Sinesio ilə yollarını ayırıb.