​Rusiyada Aydan Salahova haqda serial çəkildi - Video

​Rusiyada Aydan Salahova haqda serial çəkildi
16:06 13.02.2023
A- A+

Rusiyanın Əməkdar incəsənət xadimi, azərbaycanlı rəssam Aydan Salahova haqda “Aidan.doc” adlı sənədli serial çəkilib.

SÜLH.İNFO.az TASS-a istinadən xəbər verir ki, ekran işinin premyerası fevralın 15-də “Okko” onlayn kinoteatrında baş tutacaq.

Sənədli kinotədqiqat məşhur sənətkarın yaradıcılığından, həmçinin şəxsi həyatından bəhs edir. Serial dörd seriyadan ibarətdir.

Baş qəhrəman xərçənglə mübarizə, müasir rəssamlıqdan mərmər heykəltəraşlığa keçid, valideynlər, həmkarlar, dostlar və pisniyyətli insanlarla münasibətlərindən bəhs edir.